AZ

Daha bir yüksəkvəzifəli şəxsin göyərtəsində olduğu təyyarə radardan itdi

Göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çilimanın olduğu təyyarə radarlardan itib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə \"Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra \"radarlardan itib”.

Respublika Prezidentinin İşlər İdarəsinin mətbuat xidməti təyyarənin Mzuzu Beynəlxalq Hava Limanına enə bilməməsinə aydınlıq gətirib.

Bildirilib ki, Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarənin paytaxt Lilonqveni tərk etdikdən sonra meşəlik ərazidə qəzaya uğradığı ehtimal edilir.

Qeyd edək ki, bunun ardınca Malavi Prezidenti Lazarus Çakvera da Baham adalarına səfərini ləğv edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
3
azxeber.com

4Mənbələr