AZ

55 yaşlı kişi bir gecənin içində evini və maşınını yandırdı – TƏFƏRRÜATVİDEO

Gecə saatlarında binadakı mənzilini yandırıb, daha sonra isə başqa bir ünvana gələrək şəxsi avtomobilinə od vurub....

Xezerxeber.az xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsində, ''Qurtuluş-93'' yaşayış massivində baş verib. Qonşuların verdiyi məlumata görə, 67 nömrəli binada mənzili olan, 55 yaşlı Azər Tağıyev adlı şəxs gecə saatlarında ora gələrək mənzilinə od vurub yandırdığı bildirilir. Hadisədən qonşular da təşvişə düşüb

Zərər dəyən evlərdən birinin sahibi Fidan Məmmədova deyir ki, onun mənzilinə təxminən 1000 manata yaxın ziyan dəyib.

Azər Tağıyev hadisəni törətdikdən sonra, avtomobili xırdalan şəhərinə sürüb. Orada isə maşına od vurub. Nəticədə avtomobilə də ciddi ziyan dəyib

Hazırda hər iki yanğın hadisəsini törətməkdə şübhəli bilinən Azər Tağıyev polis tərəfindən saxlanılıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
xezerxeber.az

1Mənbələr