AZ

Bakıda altıncı mərtəbədən yıxılan iki yaşlı uşağın dəhşətli hadisəsi ilə bağlı TƏFƏRRÜATLARVİDEO

Sakitliyə qərq olan bu məhəllədə dünən səhər saat 09:00 radələrində faciə yaşanıb.

Xezerxeber.az xəbər verir ki, körpə uşaq yaşadığı evin pəncərəsindən yıxılıb. O, aşağıdakı avtomobillərdən birinin üzərinə düşüb və həyatını itirib.

Ərazidə olduğumuz zaman hadisə şahidləri bizə bildiriblər ki, uşaq pəncərəyə yaxınlaşıb, pəncərədə tor var imiş, o torun açılması nəticəsində azyaşlı pəncərədən aşağı düşüb. Elə aldığı ağır xəsarətlərdən də yerindəcə keçinib.

TƏBİB-dən "Xəzər Xəbər"ə verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə dünən səhər saat 08:35 radələrində Səbail - Bayıl ərazisindən uşağın 5-ci mərtəbədən aşağı düşməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 1 yaş 6 aylıq oğlan uşağının həkiməqədər ölüm faktı qeydə alınıb.

Baş Prokurorluqdan "Xəzər Xəbər"ə verilən məlumata görə isə, hadisəylə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
xezerxeber.az

1Mənbələr