AZ

Yeni tələblərə görə qiymətləri artıran taksi şirkətlərində keyfiyyət də artıbmı?VİDEO

Bakıda taksilərin qiyməti artsa da keyfiyyəti dəyişməz olaraq qalır...

Xezerxeber.az xəbər verir ki, ötən ayla müqayisədə qısa məsafə üçün 2-3 manat tələb olunurdusa indi  eyni məsafəyə  görə iki qat ödəniş tələb olunur.

Ekspertler isə deyir ki, taksi fealiyyetinin tekmillesdirilmesi bu sahedeki islahatlarla eyni aparilmir. Yeni qərar taksi sayini azaldib. Buna gorə də qiymət artımı qaçılmazdır.

Digər bir məsələ isə bəzi taksi şirkətlərinin sürücülərinin kartla olan sifarışlərdən imtina etməsidir. Səslənən bu iddialarla bağlı taksi şirkətləri ilə əlaqə  saxladıq. Onlar gün ərzində cavab veriləcəyini desələr də sonradan mövqelərini bildirməkdən imtina etdilər.

Yerüstü Nəqliyyat Agentliyndən isə bildirlib ki, bu günə kimi taksi fəaliyyəti göstərmək üçün 4000-ə yaxın icazə verilib. Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
23
xezerxeber.az

10Mənbələr