AZ

Avtomobilin mühərrikini işlək vəziyyətdə saxladı, geri dönəndə isə qaçırıldığını gördüVİDEO

Ətrafa göz gəzdirir. Avtomobilin işlək vəziyyətdə olduğunu görüb, əyləşərək sürüb gedir.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Sarayevo küçəsində baş verib. Maşının salonunu sərin saxlamaq istəyən sürücü avtomobili işlək vəziyyətdə saxlayıb. O, geri qayıdanda maşının qaçırıldığını görüb.

Polis əməkdaşları keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Şakir İbrahimovu avtomobillə birgə saxlayıb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq soyğunçuluq etməkdə şübhəli bilinən İsa Nəsirov da saxlanıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib.

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd spirtli içki oğurlamaqda şübhəli bilinən Vüsal Məmmədli də saxlanıb.

Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən olunub. Vüsal Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb. Qeyd edək ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman  mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda Vüsal Məmmədlinin saxlanılması ilə nəticələnib.

Hər üç faktla bağlı rayon polis idarələrində cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
xezerxeber.az

1Mənbələr