AZ

Futbol"Qarabağ" yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb

"Qarabağ" 2024/2025 mövsümü öncəsi ilk transferini reallaşdırıb.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.

Almaniya vətəndaşlığına malik xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.

27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, F. Butniç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.

Seçilən
132
17
far.az

10Mənbələr