AZ

Bakıda köməksiz qalan sakinlərin xilas edilməsinin görüntüləri yayılıb

Bakıda çoxmənzilli yaşayış binasında köməksiz qalan sakinlərin xilas edilməsinin görüntüləri yayılıb.

Kadrlarda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının azyaşlılara kömək etməsi yer alıb.

Həmin görüntüləri təqdim edirik:

19:04

Bakıda binada yanğın olub, 27 sakin təxliyə edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çoxmənzilli yaşayış binasının şaxtasındakı elektrik naqillərində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində elektrik naqillərində baş vermiş yanğın qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 27 bina sakini təxliyə edilib.

Xəsarət alan yoxdur.

Bakıda


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
big.az

2Mənbələr