AZ

“Dominant oynamağa, hücumda çıxış etməyə çalışacağıq”

Yoxlama görüşü çərçivəsində iyunun 11-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin məşqçisi Arif Əsədov və komandanın kapitanı Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Arif Əsədov: Albaniya ilə oyundan sonra Qazaxıstanla görüşə hazırlaşmaq üçün çox vaxımız olmadı. Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik. Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər. Dominant oynamağa, hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.
Emin Mahmudov: “Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 
Seçilən
169
1
affa.az

10Mənbələr