AZ

Müxalifət və Rusiya Ermənistanda yeni hökumət qurmaq niyyətindədir – Simonyan

Müxalifət və Rusiya Federasiyası ölkədə yeni hökumət qurmaq niyyətindədir.

interpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O bildirib ki, Rusiya hakimiyyəti Ermənistanı və erməni xalqını “atıb”.

Onun sözlərinə görə, o, “donanmanın İsrail sərhədlərinə yaxınlaşmasını və İsrailə düşən raketləri vurmağa başlamasını (ABŞ-nin köməyini nəzərdə tutur), təyyarələrin Kiprdən qalxaraq İsrailə kömək etməyə başlamasını kiçik təəccüb və həsədlə izləyib”.

“Həqiqətən də Xəzərdə Azərbaycana yaxınlaşacaq bir dənə də olsun Rusiya gəmisi yox idi”, – o qeyd edib.

Simonyan əlavə edib ki, müxalifət və Rusiya Federasiyası Ermənistanda yeni hökumətin formalaşdırılması üçün tandemdə işləyir. O, Ermənistanın KTMT-ni maliyyələşdirməkdən imtina etməsinə münasibət bildirərək deyib:

“Qoy KTMT son 2-3 ildə öz öhdəliklərini yerinə yetirsin, sonra maliyyə məsələlərindən danışsın”.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
interpress.az

1Mənbələr