AZ

Rövşən Lənkəranskinin restoranından pul oğurlandı

Bakıda fəaliyyət göstərən "Neon" restoranında oğurluq olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, restorandan 2050 manat pul oğurlanıb. 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində orada işləyən, 1995-ci il təvəvəllüdü Arzuman Səfərov saxlanılıb.

Qeyd edək ki, mediada yazılan məlumatlara görə, "Neon" restoranı Türkiyədə öldürülən kriminal avtoritet Rövşən Lənkəranskiyə məxsus olub.

O öldürüldükdən sonra restoran Rövşənin qardaşının nəzarətinə keçib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
milli.az

3Mənbələr