AZ

Məşhur Türkiyə oteli turistləri aldadıb - VİDEO, FOTO

Məşhur

Beşulduzlu otel turistləri tikinti meydançasında yerləşdirmək niyyətində olub. Turistlərdən isə əvvəlcədən bir gecə üçün təxminən 950 AZN ödəniş alınıb.Ulusum.az-ın məlumatına görə, Türkiyənin Fethiye kurortun zonasında yerləşən "Liberty Signa"ya oteli iyunun 1-də qapılarını müştərilərin üzünə açmalı idi, lakin tikinti işləri bu tarixə qədər tamamlanmamışdı. Açılış 10 gün təxirə salınıb. O vaxta qədər tur operatorları artıq "Liberty Signa"ya biletlərini satmışdılar.Lakin iyunun 10-da otelin açılışına gələn rus turistlər bütün ərazidə tikinti işlərinin davam etdiyini, otaqlarda mebelin qismən olmadığını aşkar ediblər. Şəkillərə görə bəzi otaqlar hətta təmizlənməyib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, çimərliyin abadlaşdırılması adi çətirlərin quraşdırılması ilə məhdudlaşıb."Liberty Signa" rəhbərliyi əmin edir ki, bütün çatışmazlıqları aradan qaldırmağa çalışacaqlar və yaxın gələcəkdə qonaqlar otelin bütün infrastrukturundan istifadə edə biləcəklər. Lakin bununla bağlı turistlərə konkret tarix deyilməyib.Qeyd edək ki, bununla bağlı məlumat sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub.Eltun MəmmədovMəşhur

Diqqət Çəkənlər

Beyninizin sərhədlərini keçin! Mental arifmetikanın gücü

Məktəblərdə gigiyenaya niyə riayət olunmur?

Evə diqqət ayırmağın zamanıdır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
ulusum.az

1Mənbələr