Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Subrahmanyam Cayşankarı Hindistanın xarici işlər naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
BiG.AZ xəbər verir ki, Ararat Mirzoyan bu barədı X sosial şəbəkəsində yazıb.
"Həmkarım və dostum Subrahmanyam Cayşankarı ürəkdən təbrik edirəm!
Biz genişlənmiş Ermənistan-Hindistan dialoqu qurmaq və xalqlarımız arasında daim güclənən əlaqələr qurmaq yolundayıq, mən bu məqsədlərə nail olmaq üçün birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm" ,- deyə o qeyd edib.
BiG.Az