AZ

“Daxili qarşıdurmalar Ermənistanın Qərb dövlətlərindən asılılığını artıracaq”

“Ermənistan daxiılindəki qarşıdurma və gərinliklər bu ölkənin Qərb dövlətəlrindən asılılığını artıracaq”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, Ermənistanın daxili qarşıdurmalardan əziyyət çəkməsi Fransa və bu qəbildən olan ölkələrin işinə yarayır:

 

“Təbii ki, regionda möhkəmlənməyə, Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan Fransa kimi ölkələr Ermənistanın bir dövlət kimi zəif qalmasında, daxili gərginliklərdən, ziddiyyətlərdən əziyyət çəkməsində maraqlıdırlar. Bu vəziyyət onlara imkan verir ki, Ermənistan üzərində öz təsirlərini artırsınlar, öz maraqlarını ona daha asan şəkildə diktə etsinlər. Buna görə də Ermənistanda revanşist qüvvələrlə hakimiyyət dairələri arasındakı qarşıdurma onları məmnun edir.

 

Lakin hesab edirəm ki, müxalifət bu cür aksiya və etirazlarla hakimiyyət üzərində ciddi bir üstünlük əldə edə bilməyəcək. Paşinyanın əmin davranışları da göstərir ki, rəsmi İrəvan müxalifətlə müqayisədə özünü güclü hiss edir və bu qarşıdurmadan qalib çıxacağına inanır”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
moderator.az

1Mənbələr