AZ

Rusiyanın məşhur avtomobil şirkəti plagiatçılıqda ittiham edildi

Finlandiya Rusiya tərəfini "Lada İskra" modelini "Renault"dan gətirilən çertyojlara uyğun yaratmaqda ittiham edib. 

Valyuta.az xəbər verir ki, fin avtomobil ekspertlərinin "Tekniikan Maailma" (TM) nəşri diqqəti "Business Petersburg" nəşrinə yönəldib.

TM-ə görə, çertyojlar və digər dizayn materialları götürülmüş ola bilər. Praktikada "Lada Iskra"nın bir çox texniki həlləri, xüsusən də əvvəlki illərin "Dacia Logan" hetçbeki ilə tam uyğun gəlir.

Bundan əvvəl SPIEF 2024 çərçivəsində yeni "Lada Iskra" avtomobilinin dünya premyerası keçirilib. Avtomobili "AvtoVAZ"ın rəhbəri Maksim Sokolov təqdim edib.

Beləliklə, "Lada Iskra" sedan, universal və Cross universalında təqdim olunacaq. Yeni model üç növ güc bloku alacaq.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
valyuta.az

1Mənbələr