AZ

"Windows 11"in yeniləmələri DAYANDIRILDI

“Microsoft” şirkəti “Windows 11” üçün yeniləmələrin yayımını dayandırıb.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, söhbət tərtibatçılar və həvəskarlar üçün nəzərdə tutulmuş "Windows 11 24H2"nin beta versiyasından gedir. Mayın sonunda "Microsoft" hər kəs üçün "Windows"un bu quruluşuna girişi açıb.

"Microsoft" yeniləmənin artıq yüklənə bilməyəcəyini təsdiqləyib. Şirkət yaxın həftələrdə prosesi bərpa edəcəyinə söz verərək "Windows 11 24H2"nin yayılmasını dayandırdığını qeyd edib.

Korporasiya yeniləmənin dayandırılmasının səbəblərini açıqlamayıb.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
redaktor.az

1Mənbələr