AZ

İrəvandakı müxalifət 96 saatlıq etiraz aksiyası elan edib

Ermənistanda növbədənkənar parlament seçkiləri olmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu müxalifətin etirazları fonunda qanunverici orqanın spikeri Alen Simonyan bildirib.

Artıq bir neçə həftədir ki, ölkədə hökumət əleyhinə etirazlar davam edir. Onların iştirakçıları Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmağı, sərhəd kəndlərini qonşu ölkəyə verməməyi və baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini tələb edirlər.

Bazar ertəsindən başlayaraq etirazçılar 96 saat davam edən etirazlarını elan ediblər.

Ötən axşam onlar növbəti kütləvi yürüş keçiriblər, gecə isə İrəvanın mərkəzində parlament binasının qarşısında çadır şəhərciyi qurub mərkəzi prospektlərdən birini bağlayıblar.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
sia.az

1Mənbələr