AZ

Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində növbəti iməcilik təşkil olunub. 

Aksiya çərçivəsində ETSN-nin, Azərbaycan Hava Yollarının əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahili 800 kiloqramdan artıq tullantıdan təmizlənib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyanın keçirilməsində məqsəd hər kəsi tullantıları ətrafa atmamağa, təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır. 

Ekologiya.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
ekologiya.az

1Mənbələr