AZ

iPhone istifadəçiləri, proqramlara Android istifadəçilərindən daha çox pul xərcləyirlər!

     Sensor Tower analiz şirkətinin məlumatlarına görə, Apple iPhone istifadəçiləri, 2024-cü ilin birinci rübündə App Store-da təxminən 25 milyard dollar xərcləyiblər. Eyni dövrdə Android istifadəçiləri, Google Play Store-da cəmi 11 milyard dollar xərcləyiblər. Maraqlısı odur ki, Google Play Store-dan yüklənən proqramların sayı App Store-dan yüklənən proqramların sayından 3 dəfə çoxdur. Bu, Android istifadəçilərinin proqramlar üçün çox pul ödəməyə hazır olmadığını göstərir. Birinci rübdə App Store-dan yüklənmiş 8.4 milyard proqram, 24.6 milyard dollar gəlir əldə edib. Müqayisə üçün qeyd edək ki, Google Play-dən yüklənən 25.5 milyard proqram, cəmi 11.2 milyard dollar gəlir gətirib. Bu nəticələr, Apple istifadəçilərinin proqramlara pul xərcləməkdə daha səxavətli olduğunu göstərib. Ötən illə müqayisədə App Store-un gəliri 11.5% artsa da, Google Play-in gəliri cəmi 5.3% artıb.     Smartfon istifadəçiləri, ən çox pulu isə oyunlara xərcləyirlər. Belə ki, Apple istifadəçiləri, 2024-cü ilin birinci rübündə oyunlara 13 milyard dollar, digər proqram növlərinə isə 11.6 milyard dollar pul xərcləyiblər. Android istifadəçiləri üçün bu göstərici daha yüksəkdir: 65%-i oyunlara xərclənib. Ən çox pul xərcləyən ölkələr müvafiq olaraq ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya olub.

Seçilən
292
technote.az

1Mənbələr