AZ

Arif Əsədov: “Heyətlə bağlı bəzi problemlər var”

“Albaniya ilə oyundan sonra Qazaxıstanla görüşə hazırlaşmaq üçün çox vaxımız olmadı”.

Bunu Azərbaycan yığmasının məşqçisi Arif Əsədov deyib.

Sabah Qazaxıstanla keçiriləcək oyundan əvvəl təşkil olunun mətbuat konfransında iştirak edən Əsədov heyətlə bağlı problem olduğunu bildirib: “Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik. Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər.

Millinin məşqçisi sabahkı qarşılaşmada daha çox hücumda oynamağa çalışacaqlarını vurğulayıb: “Dominant oynamağa, hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.

Qeyd edək ki, iyunun 11-də keçiriləcək yoldaşlıq görüşü saat 18:00-da başlayacaq. Qazaxıstan – Azərbaycan oyunu Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladas SportKomplexum”da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
23
cbcsport.az

10Mənbələr