AZ

"Kapital Bank”ın istiqrazlarının ikiqatına yaxın sifariş olub

"Kapital Bank” ASC-nin 50 milyon manatlıq istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, istiqrazlara 42 investor tərəfindən 42 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi 96 milyon 91 min 600 manat, reallaşdırılmış həcm 50 milyon manat təşkil edib.

İstiqrazların sayı 500 min ədəd, hər birinin ilkin ticarət qiyməti 100 manat, tədavül müddəti 1 il, illik gəlirlilik faizi 10% təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
marja.az

1Mənbələr