AZ

TƏLƏB! Ermənistan sülh istəyirsə, konstitutsiyasını DƏYİŞMƏLİDİR 

Azərbaycanla sülh müqaviləsi imzalaması üçün Ermənistan konstitusiyası dəyişdirilməli və ATƏT-in Minsk qrupundan imtina edilməlidir. Çünki Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana, qardaş Türkiyəyə qarşı ərazi iddiası yer alıb. Keçmiş münaqişə vəziyyətinə müvafiq olaraq yaradılmış əslində heç bir iş görməyən Minsk qrupunun buraxılması ilə bağlı da rəsmi İrəvan öz mövqeyini ortaya qoymalıdır.

Bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O hesab edir ki, bu iki şərt Ermənistan üçün həyata keçiriləcək ən normal yanaşmalardır:

“Konstitusiya dəyişikliyi olmasa, Ermənistan təcavüzkar dövlət kimi böyük problemlərin ortaya çıxmasına rəvac vermiş olur. Gələcəkdə bu ölkənin başında olacaq hər hansı bir şəxs konstitusiyaya əməl etmək baxımından yeni bir macəra axtarışına düşə bilər. Sözsüz ki, bu Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək. Amma bütün hallarda bu riski gözaltına almaq mümkün deyil”.

Partiya sədrinə görə, hazırkı konstitusiyadakı işğalçı iddialardan imtina Ermənistanın təcavüzkar dövlət kimi missiyasından uzaqlaşması ilə nəticələnəcək.

Mövzu ilə bağlı Referans.az-a politoloq Qabil Hüseynli danışıb:

"Ermənilər SSSR-i dağıldıqdan sonra qurmaq istədikləri dövlətin konstitutsiya aktını tələm- tələsik qəbul ediblər. Konstitutsiyada həm Türkiyə, həm də Azərbaycanın ünvanına olmazın iddalar qaldırıblar. Türkiyəyə qarşı torpaq iddiası, türklərin ermənilər üzərindəki soyqırımı və s. məsələlər yer alır. Azərbaycana qarşı da elə iddialar qaldırıblar. Konstitutsiya əslində müqəddəs kitabdır. Ermənilər bu müqəddəsliyi korlayıblar. Kitaba da, mahiyyətinə də həddindən artıq bəşəriyyətin özünü də iyrəndirəcək şeylər yazıblar. Bəs necə sülh bağlayaq?! Azərbaycanı qətliamda ittiham ediblər. Bu qədər həyasızlıq, əxlaqsızlıq heç bir dünyagörüşünə sığmayan riyakarlıqdır".

Politoloq bildirir ki, ona görə də ermənilər konstitutsiyalarını ora daxil etdikləri iddialardan azad etməlidirlər, sonra sülhün imzalanmasına baxarıq:

"Paşinyanın özü deyib ki, Ermənistanın hazırkı konstitutsiyası indiki şəraitdə özünü doğrultmur. Ermənilər konstututsiyanı bəşəriyyətə bəlli olmayan yalan, uydurmaları ilə doldurublar".

Şəlalə Babayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
referans.az

2Mənbələr