AZ

Aston Martin-in elektromobil və hibridə keçid strategiyası

Aston Martin-in Marketinq və Məhsul Strategiyası Departamentinin rəhbəri Aleks Lonq, brendin V8 və V12 mühərriklərinə üstünlük verməsinin səbəblərini izah edib.

Fins.az xəbər verir ki, "Car Throttle" nəşrinə danışan Lonq, superkar alıcılarının zövqünün bu qərarda mühüm rol oynadığını bildirib.

Onun sözlərinə görə, V8 və V12 mühərrikləri, V6 mühərriklərinin təmin edə bilmədiyi emosional əlaqəni təmin edir:

"Pandemiyadan sonra V8 mühərriklərinin populyarlığının artıb. Müştərilər səs, gurultu və titrəyiş kimi xüsusiyyətlər istəyirlər. Ekoloji standartların sərtləşməsinə baxmayaraq, texnoloji tərəqqi sayəsində V8 mühərrikləri daha əlçatan olub. Bu mühərriklərin populyarlığı xüsusilə AMG səkkizsilindrli biturbo mühərriklərinin kütləvi istehsalı ilə bağlıdır. Aston Martin brendinin inkişaf prioritetlərini müəyyən etmək çətin olsa da, elektrik ötürməsinə keçid qaçılmazdır. Hibrid texnologiyalar mövcuddur, lakin daxili yanma mühərriklərinin inkişafı da yüksək səviyyədədir.

Lonq bildirib ki, bir litrə düşən xüsusi güc demək olar ki, 200 at qüvvəsinə çatır:

"Rəqiblər V6 mühərriki olan superkarlar istehsal etsələr də, Aston Martin minik modellərində belə mühərriklərdən istifadə etməyəcək. İstisna olaraq, yalnız Mercedes-AMG sıralı altısilindrli mühərrik ilə təchiz edilmiş və Çin bazarı üçün nəzərdə tutulmuş DBX krossoveri mövcuddur".

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
fins.az

1Mənbələr