AZ

"Polisə hücum yoxdursa, güc tətbiq etmək olmaz" - Erməni spiker

"Müxalifətçilərə qarşı nə vaxt güc işlətmişik? Dünən gecə də heç bir güc tətbiq edilmədi".

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan iyunun 10-da parlamentdə jurnalistlərlə söhbətində deyib.

O deyib ki, əgər polis əməkdaşlarına hücum və qanun pozuntusu yoxdursa, güc tətbiq etmək olmaz:

"Sonuncu dəfə aksiyada güc tətbiq edilib? Gəldilər, kabab çəkdilər, parlamentin qarşısında bizim edam səhnəmizi səhnələşdirdilər, oxudular, rəqs etdilər, əyləndilər və evə getdilər. Amma eybi yoxdur, onlar gəlib sakitcə çadırlarını yığıb “isti payıza” hazırlaşmağa başlayacaqlar”.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
bakupost.az

1Mənbələr