AZ

İrəvanda təzyiq yüksəlir - Paşinyan istefa verir?

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının gündəliyində hökumətin istefası gündəliyi ilə parlamentin növbədənkənar sessiyanın çağırılmasından söhbət gedə bilməz.

Teleqarf.com xəbər verir ki, bunu hakim partiyanın deputatı Andranik Köçəryan deyib.

“Gündəmimizdə belə bir məsələ yoxdur, bu, Baqrat və tərəfdarlarının gündəmindədir. Bu da bizim gündəmimizlə üst-üstə düşmür, ümumiyyətlə, bu din xadiminin siyasi gündəmi yoxdur”, - deputat bildirib.

Parlamentdəki revanşist “Ermənistan” və “Şərəfim var” fraksiyaları sabah və ya iyunun 17-dək növbədənkənar sessiyanın çağırılması tələbi ilə parlamentə müraciət göndərib. Revanşistlər parlamentin buraxılması və yeni hökumətin formalaşdırılmasını tələb edirlər.

Xatırladaq ki, revanşist hərəkatın rəhbəri Baqrat Qalstanyan hökumətin istefası və yeni hökumətin formalaşdırılması gündəliyi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması tələbi ilə sözügedən fraksiyalara müraciət etmişdi. Eyni zamanda, o, dünən Baş nazir Nikol Paşinyana isrefa verməsi üçün 96 saat vaxt verib. Revanşistlər dünəndən İrəvanda dörd günlük oturaq aksiyayaya başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
teleqraf.com

2Mənbələr