AZ

Bakı şəhər DYP İdarəsinin əməkdaşları Nərimanov rayonunda şagirdlərlə görüşdü » AzadMedia.az



Bakı Şəhər DYP İdarəsinin təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə çıxış edən DYP təmsilçisiləri təşkilati-hüquqi, xüsusilə təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin yollarda uşaq travmatizminin minimuma endirilməsində, eləcə də uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

Daha sonra məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub və onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
azadmedia.az

2Mənbələr