AZ

"Ukrayna və NATO faşistlərinin istilası altında olan əraziləri belə sonluq gözləyir" - Kadırov

 
"Bu qəsəbədə Ukrayna hərbçiləri yoxdur, bura işğalçıların diversiya-kəşfiyyat qruplarının müntəzəm olaraq soxulduğu "boz zona"dır..."
 
Kadırov Cumı vilayətinin Rıjevka qəsəbəsinin zəbt edildiyini bəyan edib
 
Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, "Ahmat-Çeçenistan" alayı, guya, Sumı vilayətinin Rıjevka qəsəbəsini işğal edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "censor.net" nəşri məlumat yayıb.
 
Belopolsk icmasının rəhbəri Yuri Zarko bu bəyanatı təkzib edib. O, deyib ki, Rijevkada Rusiyanın işğalçı qoşunları yoxdur.
 
Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son məlumatında bu istiqamətdə gedən döyüşlər barədə məlumat verilməyib.
 
Kadırov əmin edir ki, işğalçılar Kursk vilayəti ilə sərhəddə yerləşən bu qəsəbəni "cəmi üç gün ərzində" ələ keçirib. 
 
"Müvəqqəti olaraq Ukraynanın və NATO-nun faşist qruplaşmalarının istilası altında olan digər əraziləri də belə sonluq gözləyir", - o, yazıb.
 
Dərc edilən videoda əllərində Rusiya bayrağı olan işğalçılardan biri görünür. Növbəti kadrda "Rijevka kitabxanası" və "Rijevka kənd soveti" lövhələri nümayiş etdirilib.
 
"Deep State"-in analitikləri qeyd edib ki, 2022-ci ildən Rljevkada vəziyyət dəyişməyib.
 
"Ukrayna hərbçiləri orada praktiki olaraq olmayıb, yaşayış məntəqəsinin özü isə rusiyalı işğalçıların diversiya-kəşfiyyat qruplarının müntəzəm olaraq soxulduğu "boz zona"dır", - analitiklər qeyd edib.
 
Belopolsk şəhər merinin müvini Vladimir Vuduyevin sözlərinə görə, 2024-cü il mayın 22-ə olan məlumata görə, Rıjevkada yeddi adam qalıb, 2001-ci ildə isə qəsəbədə 850 adam yaşayıb.
 
Bundan öncə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib ki, Rusiya qoşunlarının Sumı istiqamətində güclü hücumu gözlənilir.
 
Cəbhədə vəziyyət - Baş Qərargahın məlumatı
 
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son məlumatında deyilir ki, sutka ərzində işğalçılarla 73 döyüş toqquşması baş verib.
 
Döyüşlər Xarkov, Kupyansk, Liman, Seversk, Kramatorsk, Pokrovka, Kuraxovo, Orexovo və Dnepryanı istiqamətlərdə gedib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
moderator.az

1Mənbələr