AZ

Polşadakı hərbi zavodda partlayış baş verib

Polşada Polşanın cənubundakı Svntokşiskom voyevodalığında yerləşən Mesko hərbi zavodunda partlayış və yanğın başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rzeczpospolita nəşri yazıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və yanğınsöndürənlər gəlib. Fövqəladə Hallar Xidməti təcili tibbi yardım helikopterini yerləşdirib. İlkin məlumatlara görə, partlayış Raket Yanacaq Mərkəzində baş verib.

Bu barədə Mesko-nun rəhbəri Elzbieta Sreniavska RMF FM-ə bildirib.

Polşa mediası yanğının artıq söndürüldüyünü iddia edir. Binaya polis və prokurorluq əməkdaşları gəlib. Onlar partlayışın niyə baş verdiyini öyrənəcək və həmçinin hadisələrin xronologiyasını qurmağa çalışacaqlar.

Qeyd eilir ki, Mesko zavodu Polşanın müdafiə sənayesində strateji müəssisədir. O, Piorun zenit-raket komplekslərini istehsal edir. Mesko, həmçinin Polşa ordusu tərəfindən artıq istifadə olunmayan sursatları təkrar emal edir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
614
sia.az

1Mənbələr