AZ

İtkin düşən hərbçimiz harada gizlədilir? – Bakı bu məlumatı təsdiqləmir…

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Bundan sonra ermənilər əsgərimizin onlar tərəfindən saxlanılmasına dair xəbər yayıblar. Lakin daha sonra bu ölkənin Milli Təhlükəsizlik Xidməti azərbaycanlı hərbçinin sərhədi keçməsi ilə bağlı məlumatın olmadığını bildirib.

Maraqlıdır, bu ikili gediş nəyə hesablanıb? Ermənistan hərbçimizi qaytarmaya bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlqar Vəlizadə hazırda dəqiq söz deməyin çətin olduğunu dilə gətirib.

Onun sözlərinə görə, hərbçimiz ermənilərin əlinə keçə bilər:

“Aydın məsələdir ki, hərbçimiz xidmət vaxtı birdən-birə yoxa çıxırsa, onda doğrudan da kiminsə əlinə düşüb. Azərbaycanda olması məlumatı təsdiqlənmirsə, deməli, Ermənistan tərəfində ola bilər”.

İlqar Vəlizadə

Politoloq Ermənistan ərazisində müxtəlif qruplaşmaların olduğunu bildirib:

“Yaxın tariximiz də göstərir ki, ermənilərə yalnız sərhədçilər yox, eyni zamanda müxtəlif radikal qrupların nümayəndələri də dəstək verirlər. Ona görə də hərbçimizin onların əlinə keçməsini istisna etmək olmaz. Bu, hansısa təxribat nəticəsində də baş verə bilər. Bütün hallarda araşdırmalar aparılmalıdır və bizim bunu etməyə kifayət qədər imkanlarımız var. Düşünürəm ki, əgər Ermənistan tərəfi konstruktiv mövqedə dayansa, mütləq araşdırma aparılacaq. Bundan sonra hərbçimizin olduğu yer müəyyən olunacaq. Əgər Ermənistan araşdırmanın aparılmasından boyun qaçırsa, o zaman məsuliyyət onların üzərinə düşəcək. Bütün hallarda erməni tərəfi araşdırma aparmalı və nəticələrlə Azərbaycanı tanış etməlidirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
turkustan.az

4Mənbələr