AZ

QHT sədri: Əsas məqsədlərimizdən biri müəyyən stereotipləri aradan qaldırmaqdır

Bakı, 10 iyun, AZƏRTAC

Bugünkü tədbirin əsas məqsədi cəmiyyətə mane olan mənfi hallarla mübarizəni gücləndirmək və müəyyən stereotipləri aradan qaldırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Üçüncü bahar” Yaşlılara Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Nərmin Qəniyeva “Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində iyunun 10-da keçirilən tədbirdə səsləndirib.

N.Qəniyeva bildirib ki, cəmiyyətin bütün üzvlərinin cinsindən, yaşından asılı olmayaraq azad, sərbəst və sağlam yaşamaq hüququ var.

Onun sözlərinə görə, ailədə əsas oğlan və ya qızın doğulması deyil, vacib olan cəmiyyətə faydalı, ailəsinə bağlı, Vətənini sevən övladın tərbiyə edilməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
azertag.az

1Mənbələr