AZ

Mədəniyyət siyasətiSelektiv abortlarla mübarizəyə həsr olunmuş tamaşa nümayiş edilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Güclü zəriflər” adlı sosial maarifləndirmə məqsədli tamaşa nümayiş olunub.

"Far.Az" xəbər verir ki, səhnə əsəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində hazırlanıb.

Tamaşanın mövzusu cinsi ayrı-seçkilik, selektiv abortlarla mübarizə, qız uşaqlarının hüquqlarının pozulması, erkən nikah və qohum evliliklərinə qarşı çağırışı özündə ehtiva edir.

Layihənin ideya müəllifi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
far.az

1Mənbələr