AZ

“Elmar müəllim çox futbolçunu komandasında görmək istəyir” - Baxşıyev Allaş xəbərini yaxın buraxmadı

Mövsüm başa çatandan sonra transfer istiqamətində fəallıq göstərən komandalardan biri də “Araz-Naxçıvan”dı.

Belə ki, Muxtar Respublika təmsilçisi müqavilə müddəti bitmiş bir sıra futbolçusuyla yenidən razılaşmanın müddətini artırdı və bir neçə oyunçu da transfer etdi. Buna baxmayaraq, klubda taleyi qaranlıq qalan futbolçular da az deyil. “Qırmızı-ağlar”ın hər iki hücumçusunun - Orxan Əliyevlə Elvis Maşikenin taleyi bəlli deyil. Bir müddət öncə klubun idman direktoru Eldəniz Yusubov açıqlama verərək, demək olar ki, komandada qalacaq oyunçuların taleyinə aydınlıq gəldiyini bildirmişdi. Belə olacağı təqdirdə isə komandanın növbəti mövsüm üçün hücum xəttinə hansı alternativ variant düşündüyü maraq doğurur. Daha detallı məlumat almaq üçün “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevlə əlaqə saxladıq:

“Bu barədə heç nə deyə bilməyəcəm. Klub səviyyəsində olan məlumatlara daha çox arxalanmaq lazımdı”. 

Bir müddət öncə Baxşıyevin sabiq komandası “Qəbələ”dən Əyyub Allaşı da transfer etmək istədiyi xəbərləri yayılmışdı. Təcrübəli mütəxəssisin Allaş mövzusuna münasibəti belə oldu:

“Elmar müəllim çox futbolçunu komandasında görmək istəyir. Ancaq gəlin uydurma sözlərlə yaşamayaq. Hazırda gündəmimizdə belə mövzu yoxdu”.

KAMAL SƏFƏR
Seçilən
157
football-plus.az

1Mənbələr