"Mançester Siti" yarımmüdafiəçi Fil Fodenlə müqaviləni uzatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" futbolçunu tarixin ən çox qazanan britaniyalı futbolçusu etməyi planlaşdırır.

Qeyd edək ki, ötən mövsüm ingiltərəli vinger Premyer Liqada Mançester klubunun heyətində 35 oyun keçirib, 19 qol vurub və 8 assist edib.