AZ

Moldovada dezinformasiya dövlətə xəyanətə bərabər tutulur

Moldova prezidenti Maya Sandu Cinayət Məcəlləsinin dövlətə xəyanətlə bağlı maddəsinə dəyişiklikləri təsdiqləyib.

Oxu24.com xəbər verir ki, müharibə zamanı düşmən tərəfinə keçmək, casusluq etmək, dövlət sirrini yaymaq, dövlətin təhlükəsizliyinə qarşı düşmənçilik hərəkətlərinin həyata keçirilməsinə köməklik göstərmək vətənə xəyanətə bərabər tutulur.

Düzəlişlərin müəllifləri qeyd ediblər ki, dövlət təhlükəsizliyinə qarşı düşmənçilik hərəkətləri başqa şeylərlə yanaşı dezinformasiyada da ifadə olunur.

Bundan əvvəl Moldova müxalifəti vətənə xəyanətlə bağlı maddəyə edilən düzəlişləri mətnin qeyri-müəyyənliyinə görə tənqid edib və bu, onların fikrincə, ifadə azadlığı hüququna xüsusi təhlükə yaradır. Layihə beynəlxalq ictimai təşkilatlar, o cümlədən "Amnesty International" tərəfindən də tənqid edilib.

Mənbə: RİA.ru

Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
oxu24.com

1Mənbələr