AZ

Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

Tokio şəhərində Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Proqram zamanı azərbaycanlı rəqqasələr Minarə Şükürova və Dilarə Qazıyevanın, yaponiyalı sənətçilər Yamomoto Kyokonun və Tayqanın, eləcə də “Otantik Bunka” və “Kelebek” qruplarının ifasında Azərbaycan mahnı və rəqsləri təqdim olunub.

Azərbaycanlı və yapon rəqqasələrin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
3
azertag.az

4Mənbələr