AZ

Baş İdarəyə yeni rəis təyin edildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Quliyev Kənan Adil oğlu bu vəzifəyə gətirilib. 

Qeyd edək ki, bir neçə ay əvvəl sözügedən idarənin rəisi Cavanşir Nuriyev vəzifəsindən azad edilərək, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri təyin olunub. İdarəyə rəhbərlik müvəqqəti olaraq sözügedən qurumun rəis müavini İsgəndərov Xaliq Fəxrəddin oğluna tapşırılmışdı. 

Əhməd
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
qaynarinfo.az

9Mənbələr