AZ

İkinci əl elektromobil alarkən batareyanın vəziyyətini bilmək mümkün olacaq

2027-ci ildən etibarən Avropada elektromobil batareyaları üçün xüsusi texniki pasport məcburi olacaq. 

Avtosfer.az xəbər verir ki, artıq Volvo şirkəti bunu yaxın günlərdə tətbiq edib. Başqa şirkətlər də eyni addımı atmağa məcburdur. Bəs bu texniki pasport nə üçündür?
Yeni direktivə görə batareyaların texniki pasportu elektron şəkildə tərtib ediləcək. Bunu avromobil sahibi sol qapının içəri hissəsində yerləşdirilmiş QR kodla oxuya biləcək. 
Elektron sənəddə batareyanın istehsal ili, resursu, doldurulma sayı və digər gündəlik məlumatlar yer alır. Bu informasiya smartfonu olan hər kəs üçün açıqdır. İkinci əl elektromobil alanlar üçün bu çox dəyərli vasitədir.
Lakin QR kodda yalnız utilizasiya şirkətlərinin oxuya biləcəyi məlumatlar da yer alır. Bura batareyanın tərkibindəki metallar və digər kimyəvi qarışıqlar barədə məlumatlar daxildir. Məqsəd utilizasiyanın daha asan həyata keçirilməsidir.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
avtosfer.az

1Mənbələr