AZ

Azərbaycan Prezidentinin Misir səfəri Ərəb dünyası ilə əlaqələrin yüksək səviyyədə olduğunu göstərirŞƏRH

Azərbaycan

Bakı, 10 iyun, AZƏRTAC

İkitərəfli münasibətlərin tarixi haqqında danışırıqsa, qeyd etməliyəm ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Misirə səfəri dövlətlərimiz arasında daha sonralar hərtərəfli inkişaf üçün sabit zəmin formalaşdırdı. Günümüzdə isə Azərbaycan və Misir prezidentlərinin ölkələrarası qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi oldu. Azərbaycanla Misir İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər beynəlxalq formatlarda sıx əməkdaşlıq edir. Bu əməldaşlıq isə hər iki platformada iqtisadi, siyasi və humanitar sahədə təşkilatın özü üçün daha faydalı, geniş fəaliyyət imkanları formalaşdırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva söyləyib.

O bildirib ki, Misir 100 milyondan artıq əhalisi olan güclü bazar iqtisadiyyatına və strateji coğrafi mövqeyə malik böyük İslam dövlətidir. Son illərin təcrübəsi göstərir ki, modern müsəlman dövləti nümunəsi kimi Azərbaycan BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər platformalar çərçivəsində fəaliyyəti ilə müasir və uğurlu İslam adət-ənənəsinə malik dövlətçilik nümunəsi yaratmaqla, çağdaş dövrdə daşlaşmış trendlərdən olan anti-İslam hücumlarının önündə dayanan ölkədir. Müxtəlif regionlarda resursların ələ keçirilməsi məqsədilə “İslamın terrorizmlə eyniləşdirilməsi” təbliğatını xarici siyasətinin əsas vektoru elan etmiş ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycana qarşı hücumları hər il daha da artmaqdadır. Məhz bu səbəbdən Azərbaycan ilə Misirin beynəlxalq səviyyədə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı bütün dünyada İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfə verir.

“Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü Azərbaycanla Misir arasında dini-mənəvi sahədə əməkdaşlığın nümayişidir. Misir və Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə və inkişafına mühüm töhfə verirlər. Hər iki ölkə arasında münasibətlərin inkişafı üçün iqtisadi-ticarət əlaqələrin formalaşması və irəlilədilməsi sabit zəmin rolunu oynaya bilər. Bu üzdən də səfər çərçivəsində ikitərəfli əməkdaşlığın enerji, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif istiqamətləri, nəqliyyat və sair sahələrdə inkişafı üçün müzakirə olunan məsələlər ölkələr arasındakı mövcud və perspektiv inkişaf vektorlarını müəyyənləşdirmək üçün yeni imkan kimi dəyərləndirilir. Strateji coğrafi mövqeyə malik Misir Afrika, Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanları olan ölkədir. Bu, həm də Azərbaycan üçün regionlararası iqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq üçün önəmli amildir.

Azərbaycan Qoşulmama Hərəkatında iki dönəm sədrliyi müddətində İslam dünyasının diqqətində olan məsələlərə böyük önəm verib. Ölkəmiz Fələstin məsələsində ədalətli və prinsipial “1967-ci il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi” əsasında həllinin tərəfdarıdır. O səbəbdən də Azərbaycanın Ərəb-İslam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhəmiyyəti var. İslam dünyasında Azərbaycanın artan nüfuzundan narahat olan, qıcıqlanan ölkələrin bizə qarşı regional və lokal səviyyədə apardığı təbliğatın elementləri bəzi əsassız iddialar üzərində qurulub”, - deyə Y. Hacıyeva vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycanın xarici siyasəti dünyada bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönəlmiş prinsiplər üzərində qurulub. Bu yanaşmanın memarı kimi Prezident İlham Əliyev beynəlxalq platformalarda fəaliyyəti çərçivəsində dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, bütün ölkələrlə və xalqlarla azad, firavan həyata töhfə verəcək siyasətin müdafiəçisi rolunda çıxış edir. Bütün dünyada sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan istər ABŞ, istər Rusiya, istər region dövlətləri, istərsə də İran, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa İttifaqı ölkələri ilə əlaqələrini inkişaf etdirir. Prezident İlham Əliyevin Misirə səfəri, həm də Azərbaycanın Ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
azertag.az

1Mənbələr