AZ

Parlament müxalifətin tələbini rədd etdi

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” farksiyası “Hayastan” və “Mənim şərəfim var” müxalifət fraksiyalarının növbədənkənar sessiyanın çağırılması ilə bağlı vəsatətini rədd edib.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib. O deyib ki, “Mülki müqavilə” fraksiyasl iyunun 17-də keçiriləcək növbədənkənar sessiyada da iştirak etməyəcək.

Xatırladaq ki, müxalifət bu gün 35 deputatın imzası ilə parlamentin növbədənkənar sessiyasının çağırılımasını və orada hökumətə etimadsızlıq göstərilməsini tələb etmişdi.

Prosedura görə, müxalifətin tələbi rədd edilsə də, bir həftənin sonunda parlamentin növbədənkənar sessiyası keçirilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
modern.az

1Mənbələr