AZ

Mülk davası qardaşları düşmən etdi – VİDEO

Paytaxt sakini Rafiq Haqverdiyev,  qardaşı və bacanağı olan Qədim Haqverdiyevdən  şikayətçidir. O,idda edir ki, vaxtilə analarının pulu ilə alınan və 35 ildir birlikdə yaşadıqları evə, qardaşı saxta yolla çıxarış alıb. Və yaşadıqları ərazidə evlərin sökülərək yerində bina tikilməsinə başlanılanda qardaşlar arasında mülk bölgüsü üstündə mübahisə yaranıb.

Məsələ ilə bağlı News365.az-a danəşan Rafiq Haqverdiyev  iddia edir ki, Nəsimi rayonu  Şaiq Abdullayev küçəsində yerləşən 5 mənzildən ibarət olan evin 1 otağında onlar, digər 4 otağında isə qardaşının ailəsi yaşayıb.

Bütün ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə Rafiq Haqverdiyev, qardaşından  evin bölünməsini istədikdə isə olanlar qardaşları məhkəməyə kimi aparıb.

Qədim  Haqverdiyev isə qardaşının və öz ailəsinin yaşadığı mənzili, 34 il öncə  öz vəsaiti  ilə aldığını və 1997-ci ildə ona evin birinci sahibindən qalan orderlə özəlləşdirdiyini deyir. Aralarında yaranan problem isə tikinti şirkəti tərəfindən o,ərazidəki evlərin sökülərək yerində,  yeni binanın tikilməsindən sonra meydana çıxıb.

Daha ətraflı aşağıdakı videosüjetdə:

İlhamə Qiyas, News365.az

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
news365.az

1Mənbələr