AZ

Azərbaycanda FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi - FOTO

Gəncədə baş verən qəzanın təfərrüatları məlum olub.

Avtosfer.az xəbər verir ki, "VAZ-2106" markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra bir digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

Nəticədə minik maşını yoldan çıxaraq ağaclığa düşüb.

***

16:30

Gəncədə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının mübahisəsi qanla bitib.

Avtosfer.az xəbər verir ki, mübahisə zamanı onlardan biri digərini odlu silahla güllələyib.

1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, hadisə həmin şəxslərin VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman baş verib. Güllələnərək öldürülən şəxs sükan arxasında olub. Hadisədən sonra avtomobil aşıb.

(unikal)

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
22
avtosfer.az

10Mənbələr