AZ

Ançelotti “Real Madrid”in klublararası dünya çempionatında iştirak etməməsinin səbəbini açıqlayıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən verilən kiçik pul mükafatı səbəbindən Real Madrid klubu 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcək.

Bu sözləri “Blancos”un baş məşqçisi Karlo Ançelotti “Il Giornale” nəşrinə müsahibəsində deyib.

“FIFA bu amili nəzərə almır. Amma futbolçular və klublar bu turnirdə iştirak etməyəcək. Sadəcə bir Real Madrid oyunu 20 milyon avroya başa gəlir və FİFA bizə bütün turnir üçün bu məbləği vermək istəyir. Digər klublar da bizi izləyəcək və iştirak etməkdən imtina edəcək”, – Ançelotti əmindir.

Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Hazırda dünya çempionu olan klub İngiltərənin “Mançester Siti”sidir. Qeyd edək ki, Los Blankos 2023/24 mövsümünü Çempionlar Liqasında qələbə ilə başa vurub. İyunun 1-də baş tutan final matçında Madrid “Real”ı Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib.

Mənbə: NTV Spor

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
dogru.az

1Mənbələr