AZ

Türkiyə Rəqabət Şurası Google-nu 15 milyon dollar cərimələyib

Türkiyə Rəqabət Şurası Google-un rəqabət qaydalarını pozduğuna qərar verib, hansı ki, bu səbəbdən türk otelləri və rezervasiya sistemləri Google ilə bərabər şərtlərdə rəqabət apara bilmir.

Editor.az bildirir ki, bu barədə TRT telekanalı xəbər verib. Türkiyənin antiinhisar tənzimləyicisinin məlumatına görə, GOOGLE Hotel Ads-GHA ölkə daxilində otellərin axtarışı və rezervasiyasında türk oyunçulara nisbətən üstünlüyə malikdir. İstintaq 2021-ci ilin yazında başlanıb.

2024-cü ilin yazında Türkiyə tənzimləyicisi Google-a cərimə tətbiq edib və vəziyyəti düzəltmək üçün üç ay vaxt verib. Google problemi həll etdiyini və türk axtarış sistemlərinin artıq sərbəst işləyə biləcəyini, lakin tələblərin yerinə yetirilmədiyini bildirib. Buna görə də şirkətə 482 milyon lirə, yəni 15 milyon dollara yaxın cərimə kəsilib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
editor.az

1Mənbələr