AZ

Bu gün Ümumdünya Dondurma Günüdür

 

Bu gün “Ümumdünya Dondurma Günü”dür. 

Missiya.Az xəbər verir ki, ilk dəfə dondurmanın kütləvi satışı ABŞ-də 10 iyun 1786-cı ildə başlanılıb və buna görə rəsmi statusu olmayan bayram məhz bu gün qeyd olunur. 

Xüsusilə, uşaqların sevimli deserti olan dondurmanın yaranma tarixi qədim zamanlara dayanır və onun çox sayda növləri var. 

Avropada dondurulmuş südün istifadəsi resepti yalnız XIV əsrdə İtaliyada ortaya çıxdı. Fransaya isə resept XVI əsrdə gəlib, lakin XVIII əsrdən başlayaraq süddən klassik dondurma hazırlanmağa başlanılıb. "Plombir" adı da məhz Fransadan gəlib. 

Əksəriyyətimizə tanış olan Eskimo dondurması isə Amerikalı Kristian Nelson tərəfindən XX əsrin əvvəllərində ABŞ-də icad edilib. Avstriya şirniyyatçıları dünyaya şokoladlı dondurmanı tanıdıblar.

Yayın əvəzedilməz dessertlərindən olan dondurmadan qışda da bəzi insanlar istifadə edirlər. Kimiləri zərərli olduğunu, boğaza ziyan vura biləcəyini düşünsə də, kimiləri bunun yalan olduğunu deyirlər. Siz yenə də qədərində istifadə etməyi unutmayın.

Əziz dondurmasevərlər, həyatınız dondurmatək şip-şirin olsun.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
missiya.az

1Mənbələr