AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar

Saxlanılanlar idarə etdiyi maşınları icarəyə götürübmüşlər
"Toyota Land Cruiser" və "Toyota Prius" markalı avtomobillərin sürücüləri Lerik rayonu ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verdikləri üçün Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən onlara "saxla" işarəsi verilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, polisin qanuni tələblərinə tabesizlik göstərən həmin sürücülər - Ucar şəhər sakinləri İ.İsgəndərov və G.Gülməmmədovun narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onların tibbi müayinədən keçirilməsi təmin edilib.
Nəticədə hər iki sürücünün narkotik vasitə istifadə etdiyi müəyyən olunub.
Məlum olub ki, İ.İsgəndərov və G.Gülməmmədov idarə etdikləri avtomobilləri icarəyə götürüblər.
Həmin sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.İsgəndərov və G.Gülməmmədov 10 gün müddətində inzibati qaydada həbs olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
3
ayna.az

5Mənbələr