AZ

Cəbhəçilər Ayaz Məhərrəmovun oğurluq etməsində Əli Kərimlini günahlandırırlar ANALİZ

Cəmiyyətin inkişafı, sosial-iqtisadi cəhətdən tərəqqisi təbii olaraq hər bir ailənin təminatı, təhlükəsiz, sağlam yaşayışı deməkdir. Azərbaycan dövləti qarşıda duran bütün vəzifələri ən yüksək səviyyədə həyata keçirməklə insan hüquq və azadlıqlarının müdafiəsinə və daha yaxşı yaşamasına töhfələr vermiş olur. Görülən və həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşları dünyada ən yaxşı yaşayışa malik vətəndaşlar hesab olunurlar. Lakin təəssüf hissi ilə vurğulamaq lazımdır ki, dağıdıcı müxalifət görülən fundamental işlərə kölgə salmağa çalışır. Bu azmış kimi Azərbaycanın Ermənistan üzərində hərbi, siyasi, diplomatik qələbəsindən Avropanın və ABŞ-ın bəzi qaranlıq dairələri qədər dağıdıcı müxalifət də narahatdır. Bu isə haqlı suallar yaradır: Niyə Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri ölkəmizin deyil, xarici məkrli dairələrin mövqeyindən çıxış edirlər? Nədən dağıdıcı müxalifət Azərbaycanın haqlı mövqeyini dəstəkləmir? Şübhəli və müəmmalı suallar kifayət qədərdir. Sadəcə, birmənalı ifadə olunan fikir ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlərin tez-tez səsləndirdikləri “Vətən”, “Xalq” sözləri sadəcə siyasi divident əldə etmək üçün deyilir. Əslində, xalqdan uzaqdırlar, dövlətə qarşı laqeyddirlər. Onlar üçün başlıca hədəf və məqsəd ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirilməsidir. Bunun adı isə satqınlıq və xəyanətdir. Həmin satqınlar hələ 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terrorçuları tərəfindən intensiv atəşə məruz qalarkən 43 siyasi partiyanın hazırladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatını imzalamaqdan imtina etmişdilər. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar, müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmaqdan imtina etdilər. Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə AXCP və Müsavat funksionerləri qatılmadılar. Hətta siyasi dialoq çağırışlarına da əhəmiyyətsiz yanaşdılar. Bütün bunlar Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin şər qüvvələrdən asılı olduqlarını göstərir.

Müxalif trolların fəaliyyətləri anlaşılan deyil

Haradasa xarici məkrli qüvvələrin Azərbaycanın parlaq qələbəsini həzm edə bilməmələri başa düşüləndir. Çünki onlar birbaşa erməni maraqlarından çıxış edən və daim ermənilərə hərbi, siyasi dəstək göstərən dairələr olublar. Bu gün də öz xislətlərinə uyğun fəaliyyətlərini davam etdirirlər. Lakin dağıdıcı müxalifət funksionerlərinin və onların qazanlarının dibini yalayan trolların fəaliyyətləri anlaşılan deyil. Şübhələr, həm də ehtimallar yaradır ki, bu müxalif məxluqlar birbaşa erməni lobbisindən sifarişlər alırlar. Bu şübhələri gücləndirən başlıca məqam “Milli Şura”nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində “hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam” deyə bildirməsidir. Söz yox ki, C.Soros nə dəli, nə də ki, gic deyil. Soros və digərləri sifarişlərini icra etməyən şəxslərə və ya qruplara qarantlar ayırmaz. Əgər dağıdıcı müxalifət xarici qrantlardan bəhrələnirlərsə, deməli, aortada tərəflər arasında əldə olunan razılaşma var: Yəni dağıdıcı ünsürlərin istəkləri pul qazanmaqdırsa, xarici məkrli dairələrində hədəfləri dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycana qarşı təzyiq və təhdid siyasətinə nail olmaqdır.

Ayaz Məhərrəmovun oğurluq etməsinin səbəbi məlum oldu

Görünən ondan ibarətdir ki, AXCP sədri Əli Kərimlinin daha çox qrant əldə etmək arzusu onun gözlərini kor, qulaqlarını kar edib. Bu səbəbdən də ölkəmizdə gedən genişmiqyaslı tikinti, quruculuq, bərpa işlərini görmür, həm də beynəlxalq təşkilatların Azərbaycanın sosial-iqtisadi, maliyyə sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən müsbət xarakterli hesabatlarını eşitmək istəmirlər. Onların ki, ancaq məğzini və mahiyyətini anlamadıqları sifarişləri hansı formadasa yerinə yetirməyə nail olmalıdır. Fakt isə ondan ibarətdir ki, dağıdıcı müxaliflərin heç bir pozucu niyyətləri baş tutmur. Bu da Ə.Kərimlinin gözdən düşməsinə və bacarıqsız trol olaraq alt siyahıda yer almasına gətirib çıxarır. Düzdür, Ə.Kərimli xarici qrantlardan tam şəkildə məhrum olmur. Ancaq hər an belə bir təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də Ə.Kərimli gözlənilən problemi aradan qaldırmaq üçün trollarına qarşı sərt tədbirlər həyata keçirir. Yəni onların yerlərini dəyişir və ya qruplara qarşı maliyyə sanksiyaları tətbiq edir. Hətta adının çəkilməsini istəməyən mənbəmizin dediyinə görə, son hadisələrdən sonra Ə.Kərimli bəzi şəxslərə çatmalı olan aylıq məvacibinin müəyyən hissəsini kəsib. Bu da daxili narazılığın yanmasına gətirib çıxarıb. Elə trollar var ki, onlar sosial şəbəkələrdə ənənəvi işlərini görməkdən imtina edirlər və ya təhqiredici statuslarını səthi həyata keçirirlər. AXCP sədr müavini Ayaz Məhərrəmovun oğurluq üstündə yaxalanmasından sonra Ə.Kərimlinin trollara qarşı daha hörmətsiz davranması daxili vəziyyəti qeyri-müəyyənliyə gətirib çıxarıb. Cəbhəçilər A.Məhərrəmovun oğurluq etməsində Ə.Kərimlini günahlandırırlar. Onların qənaətincə, Ə.Kərimli aldığı böyük məbləğdə qrantlardan A.Məhərrəmova versə idi, sədr müavini oğurluq etməzdi. Hətta Maarif adlı bir cəbhəçi sosial şəbəkə hesabında əsəbi şəkildə Ə.Kərimlini Paşinyan adlandırıb. Bildirib ki, Ə.Kərimli A.Məhərrəmovun aylıq məvacibini kəsməsə idi, o evdən oğurluq etməzdi. Daxili vəziyyətin bu formada davam edəcəyi təqdirdə, cəbhəçi fəalların partiyadan getməkdən başqa çıxış yolları qalmayacaq. Çünki aylıq məvaciblərinin kəsilməsi fonunda Ə.Kərimlinin onlara qarşı aqressiv davranması özünə hörmət edən cəbhəçiləri yol ayrıcında qoyub. Ona görə də yaxın vaxtlarda AXCP-nin növbəti dəfə parçalanacağı haqqında məlumatlar yayılsa, bu, heç də təəccüblü görünməyəcək.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
sesqazeti.az

1Mənbələr