AZ

Hizbullah İsrail mövqelərinə hücum edib

Livanın Hizbullah Hərəkatı İsrailin hərbi hədəflərinə qarşı 4 hücum təşkil edildiyini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, açıqlamada İsrail əsgərlərinin yerləşdiyi Əl-Manara, Avivim və Yaron qəsəbələrində 3 binanın idarə olunan raketlə hədəf alındığı, əsgərlər arasında ölən və yaralananların olduğu bildirilib.

Qeyd edək ki, oktyabrın 8-dən etibarən sərhəd xəttində İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında baş verən qarşıdurmalarda 333 Hizbullah, 65 Livanlı mülki, 19 Amal Hərəkatı, 13 HƏMAS, 15 İslami Cihad, 14 İsrail əsgəri və 10 İsrail vətəndaşı həlak olub.

“AzPolitika.info”

Seçilən
135
azpolitika.info

1Mənbələr