AZ

Azərbaycanda dollara tələbat artır: Səbəb nədir?

Bu ilin əvvəlindən başlayaraq Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edir. 

Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 

Bildirilir ki, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.

Bəzi ekspertlər hesab edirlər ki, yayda dollara tələbat turizmə görə artır. Yəni camaat dollar alıb xarici ölkələrə səfərlərə gedir. Bu il ötən ilin eyni dövrü ilə müqayisədə dollara tələbat iki dəfə çoxalıb.

Maraqlıdır, istirahətə gedən insanların sayı artıb, yoxsa dolları əmanət, yığım vasitəsi kimi alırlar?

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, məhz turizmə görə, dollara tələbatın artması ilə bağlı səsləndirilən fikirlər səhvdir:

“Vaxtilə vətəndaşlar xarici ölkələrdə dincəlmək və ya səfər etmək üçün xeyli miqarda dollar alırdılar. İndi vətəndaşlarımız təmannasız ödənişlərlə öz kartlarında manat adı altında xaricdə ticarət edə bilərlər. Amma dollara tələbatın artması ilə bağlı məsələlərdə idxal amilini mütləq nəzərə almaq lazımdır.

Belə ki, xaricdən gətirilən bütün mallar da özlüyündə dollar tələb edir. Çünki mal alanda onun pulunu ödəmək üçün dollardan istifadə edilir. Buna inşaat materiallarını misal göstərmək olar.

Bildirim ki, Qarabağda yenidənqurma və bərpa işlərini aparmaq üçün həmin ərazilərə müasir avadanlıqlar və ləvzimatlar gətizdirilir. Məhz həmin avadanlıqlar və ləvazimatlar ölkəyə idxalı dollarla həyata keçirilir.Bu sahədə dollara tələbat daha çoxdur, nəinki turizmdə.Hazırda turizmin dollara tələbatın artmasında payı o qədər çox deyil.

Qeyd edim ki, ölkəmizə səfər edən xarici turistlərin əksəriyyəti alış-verişdə nağd yox, kartlar vasitəsilə ödənişlərə üstünlük verirlər. Xatırladım ki, 2015-ci ildə iki dəfə devalvasiyanın baş verməsi verməsindən sonra vətəndaşlar daha çox dolları əmanət, yığım vasitəsi kimi alıb saxlayırlar.

Elə bir mühit lazımdır ki, vətəndaşlar dollar alıb ehtiyat kimi saxlamasınlar, əksinə onu manata çevirib banklarda saxlasınlar. Bunun üçün maraq, ən əsası da depozit faizləri yüksək olmalıdır. Bir-birinə zəncirvari toxunmuş münasibət belə bir vəziyyəti formallaşdıra bilər”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
cebheinfo.az

1Mənbələr