AZ

Azərbaycanda FHN əməkdaşı sükan arxasında iş yoldaşını güllələdi - foto

Gəncədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı iş yoldaşını güllələyib.

Bu barədə Unikal məlumat yayıb. 

Sayt bildirir ki, FHN-nin iki əməkdaşı “VAZ-2106” markalı minik avtomoilində mübahisə ediblər. Daha sonra tərəflər biri digərinə odlu silahdan atəş açıb. 1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

Bu zaman Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını yoldan çıxaraq aşıb. 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
buta.media

1Mənbələr