AZ

Erməni spiker inqilabçı keşişi ələ saldı

Ermənistan parlamentinin spikeri Alen Simonyan inqilabçı keşiş Baqrat Srbazanı ələ salan açıqlamalar verib.

News365.azxəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, bu gün meydanda 15 hətta 30 min insan ola bilər. Bunun heç bir fırqi yoxdur, vacib olan arxiyepiskopun onlara nə deyəcəyidir: "Gündəm yoxdur. Onun heç demarkasiya reallaşdırmağa səlahiyyəti də yoxdur. O, məsələn, yeni kilsə bayramı yaratmağı, bəlkə də yeni duanı müzakirə etməyi təklif edə bilər. Qalan şeylər onun üçün əhəmiyyətli deyil, xalq onu seçməyib”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
news365.az

1Mənbələr