AZ

Ramiz Rövşən: “Ən möhkəm sevgi yavaş-yavaş sevməkdir”

“Mənə elə gəlir ki, ən möhkəm sevgi yavaş-yavaş sevməkdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq şairi Ramiz Rövşən “Söhbət var” verilişində deiyb.

O, əsl sevgi barədə qənaətini dilə gətirib:

“Yavaş-yavaş sevdim səni. Ən möhkəm sevgi də elə yavaş-yavaş sevməkdir. Sən onu tanıya-tanıya, zamanla, yavaş-yavaş sevirsən. Həkim də zamandır, cəllad da zamandır. O zamanın əlində cəllad bıcağı da ola bilər, qəssab baltası da. O sevgi ki, zamanla azalmır, ən gözəl sevgi odur. Leyli-Məcnun sevgisi başqadır. Leyli-Məcnun sevgisi məktəb sevgisi haqqındadır. Fizulini hissiyatımızın düsturu saya bilərik. Fizulidə Məcnun Leylinin qurbanı deyil, təsəvvürünün qurbanıdır: “Get-get, sən Leyli deyilsən”. Artıq reallığa qayıdırıq”.

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
yenicag.az

3Mənbələr